CƏMİYYƏT


Qubalı məktəbli çayda boğulma təhlükəsi ilə üzləşən 3 yaşlı uşağı xilas edib

Qubada çayda boğulma təhlükəsi ilə üzləşən azyaşlını xilas edən 12 yaşlı məktəbli mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə may ayının 22-də rayonun Cimi kəndində baş verib. Çaya balıq tutmağa gedən VI sinif şagirdi İsrafilov Dəyanət Yaqub oğlu balaca qız uşağının suda boğulduğunu görüb. Tilovu kənara atan Dəyanət suya girərək 3 yaşlı Qızbikə Abdullayevanı xilas edib. Uşağı sağ-salamat nənəsinə təhvil verən D.İsrafilov Qızbikə ilə birgə oynayan Yusif Abdullayevin də ehtiyatsızlıqdan çaya düşdüyünü öyrənib. Həmin əraziyə qayıdaraq axtarışa başlayan məktəbli 3 yaşlı Yusifi suda boğulmuş vəziyyətdə tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır