CƏMİYYƏT


Tovuzquşu təsərrüfatının sahibi: Şəxsi zooparkımı yaratmaq istəyirəm

Astara sakini Murad Muradov 10 ildən çoxdur tovuzquşu təsərrüfatı yaradıb.

AZƏRTAC xəbər verir ki, təsərrüfatını Lənkəranda yaradan Murad Muradov 20 ildir quşçuluqla məşğuldur. Əvvəllər göyərçin, qırqovul və digər quşlar saxlayan Murad tovuzquşunu ilk dəfə İrandan alıb gətirib. Əvvəlcə tovuzquşularının sayını 5-ə, sonralar isə Rusiya və Türkiyədən müxtəlif cinslər alaraq 15-ə çatdırıb. O, bu işi özünün hobbisi hesab edir.