CƏMİYYƏT


Bayramın ikinci günü bölgələrə 6 min 600 sərnişin daşınıb

İyunun 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 287 reyslə 6 min 596 sərnişin yola salınıb.

BBAK-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq reyslərdən istifadə edən sərnişin sayı isə 567 nəfər olub.

Bayramın ikinci günündə digər günlərlə müqayisədə sərnişin sıxlığı yaşanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır