CƏMİYYƏT


FHN Nardaran məktəbində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib. FHN-in canlı qüvvə və müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlimdə məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub.