CƏMİYYƏT


Onkoginekoloji xəstəliklərə müasir yanaşma ilə əlaqədar beynəlxalq konfrans keçirilir

İyunun 8-də Bakıda Milli Onkologiya Mərkəzi və İsrail Onkoginekologiya Mərkəzinin birgə təşkılatçılığı ilə “Onkoginekoloji xəstəliklərə müasir yanaşma” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın, İsrailin və Almaniyanın onkoginekoloji sahə üzrə mütəxəssisləri ilə yanaşı, ölkəmizin tibb müəssisələrinin həkimləri də iştirak edirlər.