CƏMİYYƏT


Qusarda evlərdən oğurluq edən rayon sakini saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən iki evdən oğurluq edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin əvvəllər məhkum olunmuş rayon sakini, 35 yaşlı Elxan Xəlilov olduğu müəyyən edilib.