CƏMİYYƏT


Şamaxıda taxıl sahəsində baş vermiş yanğın tam söndürülüb

Ötən gün rayon ərazisində biçilməmiş taxil sahəsində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb. Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.

Yanğınla bağlı bildirilib ki, ötən gün 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə məxsus 60 hektar biçilməmiş, 100 hektar biçilmiş taxıl və 40 hektar otlaq sahəsində yanğın baş verib.