CƏMİYYƏT


Hicran Hüseynova Şəkidə vətəndaşların müraciətlərini dinləyib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 13-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.

Qəbulda müraciətlər əsasən, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma, məşğulluq və digər məsələlərlə bağlı olub.