CƏMİYYƏT


Astara rayonunda 5 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

Astara rayonunun 20 mindən artıq əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.Yol uzun illər təmir olunmadan istismar olunduğundan yolun hərəkət hissəsində qabarma və çökmələr əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu genişmiqyaslı yenidənqurma işləri aparılır.