CƏMİYYƏT


Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır

Azərbaycan Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” və müxtəlif sahələr üzrə əməkhaqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bununla da Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşdı.