CƏMİYYƏT


Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu keçiriləcək

İyunun 24-dən 26-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu keçiriləcək. Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyunun 20-də keçirilən mətbuat konfransında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır