CƏMİYYƏT


Buzovnada istixanada yarım tondan çox çətənə kolu tapılıb - Təfərrüatlar

Xətai Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlayıb. O üzərində tapılan marixuananı Buzovnada tanımadığı şəxsin həyətindəki bitkidən yığdığını deyib. Həmin ünvanda keçirilən əməliyyat zamanı ev sahibi Eldəniz Rüstəmovun həyətindəki istixanada ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd çətənə kolu, 65 kiloqram qurudulmuş marixuana aşkar edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır