CƏMİYYƏT


Silahlı Qüvvələrin yaradılmasının 101-ci ildönümü Hərb Tarixi Muzeyində qeyd olunub

Silahlı Qüvvələrimizin yaradılmasının 101-ci ildönümü münasibətilə iyunun 21-də Azərbaycan Hərb Tarixi Muzeyində “Milli-mənəvi dəyərimiz - Silahlı Qüvvələrimiz!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.