CƏMİYYƏT


Masallıda Silahlı Qüvvələr Gününə həsr edilmiş kütləvi tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Gənclər Fondu və Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında 26-iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş kütləvi tədbir keçirib. Rayon rəhbərliyinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.