CƏMİYYƏT


Həsirdən toxunan əşyalara maraq artıb

Minilliklər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növlərindən biri də həsirçilikdir. Həsir toxumaq keçmişdə kollektiv məşğuliyyət olub. Sonralar bu işlə hərə öz evində məşğul olub. Ölkəmizdə elə bölgələr var ki, hazırda ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır. Buna Masallının Musaküçə və Astaranın Kakalos kəndlərini misal gətirə bilərik.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda həsirçilik daha çox cənub bölgəsində istifadə olunan xalq sənətidir. Burada həm qadınlar, həm də kişilər həsir toxuyur. Xüsusilə Masallı, Lənkəran və Astarada həsir qədimdən əvəzsiz məişət əşyası sayılıb.