CƏMİYYƏT


Forum çərçivəsində Dövlət Sektoru üzrə Ümumdünya Hesabatı təqdim edilib

Hesabatı BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin təqdim edib. O qeyd edib ki, 2001-ci ildən etibarən hər il tərtib olunan bu hesabatlar vətəndaşların məlumatlara əlçatanlılığını təmin etməyə hesablanıb. Hesabatlar dayanıqlı inkişaf üzrə 16-cı çağırışın müddəalarına əsaslanır. Zaman keçdikcə hesabatlara qoşulan ölkələrin sayı daha da artır. Əgər 2016-cı ildə 118 ölkə hesabat təqdim edibsə, ötən il bu rəqəm 139-a çatıb.