CƏMİYYƏT


Beyləqanda “Qara” ləqəbli narkotacir saxlanılıb

Beyləqan rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyat tədbirləri həyata keçirilib. 

Nəticədə rayonunda ümumi çəkisi 121 kq 350 qram olan, 300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb.

Aparılan axtarış-əməliyyat zamanı məlum olub ki, çətənə kollarını 1985-ci il təvəllüdlü Saatlı rayon sakini, "Qara" ləqəbli narkotacir Qarayev Asim Ülkər oğlu əkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır