CƏMİYYƏT


Qubada 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb

Quba şəhərində istismar müddəti başa çatan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncamı əsasında inşa olunan bina 4 mərtəbəlidir. İki girişdən ibarət çoxmənzilli binanın ümümi sahəsi 980 kvadratmetrdir.