CƏMİYYƏT


Qubada oğurladığı dərmanları satmaq istəyən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşayan rayon sakini, 41 yaşlı Rauf Məlikov olduğu müəyyən edilib.

Dindirilmə zamanı R.Məlikov törətdiyi oğurluq hadisələrini etiraf edib.