CƏMİYYƏT


Çəkiliş qrupu polislə əməliyyatlarda iştirak etdi REPORTAJ

Səbail Rayon Polis İdarəsi inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri keçirir. Belə ki, polis əməkdaşları rayon ərazisində narkotik vasitələrin alüdəçisi olan şəxsi saxlayıblar:

Əfqan Əliyev, 8-ci Polis Bölməsinin təhqiqatçısı 

“28 iyun 2019-cu il tarixində Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları darama tədbiri ilə əlaqədar olaraq Səbail rayon Bayıl qəsəbəsi Salyan yolu 2 ünvanında şübhəli şəxs qismində İsayev Kamil Əbil oğlunu 8-ci Polis Bölməsinə dəvət etmişlər. Şəxs 8-ci Polis Bölməsinin inzibatı binasının xidməti otağında üzərinə baxış keçirilən zaman üzərindən qanunsuz olaraq narkotik vasitə götürülmüşdür. Faktla bağlı tərəfimdən təhqiqat araşdırması aparılır. Toplanmış material aidiyyatı üzrə Səbail Rayon Polis İdarəsinə göndəriləcək”.

Daha bir əməliyyat tədbiri isə avara və dilənçiliklə məşğul olan şəxslərlə bağlı olub.

 Emin Murtuzayev, Səbail RPİ-nin PPXB-nin polis serjantı

 “Bu şəxslər rayon ərazisində avaraçılıqla məşğul olduqları üçün tərəfimizdən saxlanılıb. Onlar azyaşlılara, ölkəmizin vətəndaşlarına, xarici vətəndaşlara psixoloji təsir göstərdikləri üçün tərəfimizdən saxlanılıb, polis bölməsinə dəvət etmişik”.

 İctimai yerlərdə siqaret çəkən şəxslərə qarşı da tədbirlər davam etdirilir. Məqsəd isə onları cərimələmək yox, maarifləndirməkdir.

 Xəyyam Məmmədov, Səbail RPİ-nin PPXB-nin polis serjantı

 “Tütün məmulatından təyin olunmamış yerdə istifadə etdiyinə görə, saxlamışıq vətəndaşı. Xəbərdar etmək istəyirik. Məlumatı yoxdur. İlk öncə olduğuna görə, şifahi xəbərdarlıq edirik, belə hallar təkrar olarsa inzibati protokol tərtib edəcəyik”.

Elvin Binnətov, paytaxt sakini

 “Fikirli idim, atdım siqareti, olmur elə bir şeylər, zibil qabları olanda atıram, xəbərdarlıqdan sonra diqqət edəcəm”

 Həmçinin paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılır.

 Elşən Əsədov, YPX İnspektoru

 “Piyadalarla söhbət aparırıq, məqsədimiz o deyil ki, onları inzibatı qaydada cərimələyək, məqsədimiz odur ki, baş verəcək hadisənin qarşısını alaq. Mütəmadi olaraq reydlər aparırıq”.

 Paytaxtda Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı işlər davam etdirilir.