CƏMİYYƏT


Polis Xəzər, Binəqədi və Sabunçu rayonlarında reydlər keçirib

İyunun 25-də Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən əməliyyat-profilaktik və maarifləndimə tədbirləri keçirilib. Belə tədbirlər paytaxtın mərkəzi küçələri ilə yanaşı Xəzər, Binəqədi və Sabunçu rayonlarında da baş tutub. Tədbir zamanı  nəqliyyat axınının intensiv olduğu yollarda sürücü və piyadaların maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Piyada keçidlərindən istifadə etməyən şəxslərə xəbərdarlıq edilib.