CƏMİYYƏT


Ağcəbədi rayon sakinləri heroin satmaq istəyən zaman saxlanılıblar

Daxili İşlərinin Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Ağcəbədi rayonu ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakinləri Sabir Məmmədov və Röyal Qaraşov narkotik vasitə olan heroin satmaq istəyən zaman saxlanılıblar. 
 
Onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə yüksək psixotrop təsirə malik narkotik vasitə 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb. Hər iki şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqlarını etiraf edib.