CƏMİYYƏT


Metro yeni qrafikə keçir

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək. Sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq.  

Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.

Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər”  və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.