CƏMİYYƏT


Qubada qoyun sürüsünü sel aparıb, Xınalıq yolunu su basıb

İyunun 26-dan başlayaraq bir neçə gündür davam edən leysan yağışı Qubanın dağlıq ərazilərində bir sıra fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Söhüb kəndində yerli sakinə məxsus 43 baş qoyunu sel aparıb. Tüləkəran və Kürkün kəndlərində isə ümumilikdə 50 hektara yaxın kartof sahəsi məhv olub. Qısamüddətli dolu və leysan yağışı dağlıq və dağətəyi kəndlərdə bütün tərəvəz sahələrinə və meyvə ağaclarına ziyan vurub.