CƏMİYYƏT


Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı təqdim olunub

İyulun 2-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsindəAzərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü və BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli ƏlaqələndirməŞurasının sədri Əli Əhmədov, Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və İnkişaf Proqramının (UNDP) ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır