CƏMİYYƏT


Bu il əlilliyi olan şəxslər 13907 reabilitasiya vasitəsi ilə təmin edilib

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 5126 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 605 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.