CƏMİYYƏT


Su dəyirmanının unundan bişirilən çörək daha dadlı və ətirli olur

Tarixən taxılçılığın inkişaf etdiyi Azərbaycanda dən üyütmək üçün su və yel dəyirmanlarından geniş istifadə edilib. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına səbəb olub. Lakin ölkəmizdə bu gün də fəaliyyət göstərən su dəyirmanlarına rast gəlmək olur. Belə dəyirmanlardan biri də Bərdə rayonunun Kələntərli kəndindədir.