CƏMİYYƏT


Ailə quranlardan birində talassemiya aşkar olunarsa nə etməli – Mütəxəssis rəyi

Ailə həyatı quranların nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayır. Aparılan bu müayinələrdə məqsəd də talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. Ümumilikdə bu ilin iyununda 13 063 şəxs müayinədən keçib, onlardan 213 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb. İndiyə kimi hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 212 cütlük müəyyən olunub. Onlardan təxminən 7-8 cütlük ayrılmaq qərarına gəlib.