CƏMİYYƏT


FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə yayda çimərliklərdə istirahət edən vətəndaşların əməl etməli olduqları qaydalar əksini tapıb.
Qeyd olunub ki, yayda çimərlikdə xoş zaman keçirmək üçün hər kəs təhlükəsizlik qaydalarını bilməlidir. Çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək qadağandır.