CƏMİYYƏT


Səyyar “ASAN xidmət” davam edir

Səyyar “ASAN xidmət” iyulun 1-dən 15-dək Novxanıda, iyulun 1-dən 30-dək Salyan, Gədəbəy, Qusar, Lerik, Şamaxı, Lənkəran və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərir. Vətəndaşlar, həmçinin iyulun 10-dan 29-dək Mərdəkanda, 11-dən 30-dək Tərtər və Oğuzda Səyyar “ASAN xidmət”in xidmətlərindən yararlana biləcəklər.