CƏMİYYƏT


Güclü külək İsmayıllıda fəsadlar törədib

Ötən gün axşam saatlarında leysan yağışları və dolu ilə müşaiyət olunan güclü külək İsmayıllı şəhərində və dağ kəndlərində, o cümlədən Lahıc və Basqal qəsəbələrində, Əhən, Müdrü, Həftəsiyab, Bizlan, Qaraqaya, Sulut, Xankəndi, Kələzeyvə, Sərsurə, Güyüm, Sədyan, Diyalı və sair kəndlərdə ciddi fəsadlar törədib. Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əksər yerlərdə kəndarası yollar yararsız vəziyyətə düşüb. Sel suları nəticəsində Lahıc qəsəbəsinin girəcəyində bir avtobus yolda qalıb.