CƏMİYYƏT


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Horadizdə vətəndaşlarla görüşüb

Mil-Muğan Hidroqovşaqların İstismarı İdarsəinin inzibati binasında keçirilən qəbulda Füzuli rayonundan və Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndindən olan vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi, həmçinin ASC-nin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.