CƏMİYYƏT


İsmayıllının Diyallı kəndində sel suları uçqunlara səbəb olub

İsmayıllının diyallı kəndində yağışlardan sonra çaylara sel gəlib. Kəndin içindən keçən Həzrə çayında suyun səviyyəsi yüksəlib. Kənd sakinləri bildiriblər ki, sel qəbiristanlıq ərazisində uçqunlara səbəb olub. Yağışlar kəndin yollarına da təsir edib. Texnika cəlb edilməklə hərəkət təmin olunub. Kənd sakininin çəkdiyi həmin anın görüntülərini təqdim edirik. 

Video: Fexi Aliyev