CƏMİYYƏT


Salyanın palçıq vulkanları

Dünyada məlum olan 800-dən artıq palçıq vulkanından 350-dən çoxu Azərbaycan ərazisində, 16 min kvadratmetr ərazidədir. Belə vulkanların olduğu rayonlardan biri də Salyandır. AZƏRTAC xəbər verir ki, Salyanda Şirvan Dövlət Təbiət Qoruğundakı palçıq vulkanları 122 hektar ərazini əhatə edir. Ərazidə yerləşən Bəndovan dağında onlarla palçıq vulkanı bu gün də fəaliyyətdədir.