CƏMİYYƏT


Qubada “ABAD”ın paketləmə fabriki fəaliyyətə başlayacaq

“ABAD”çılar tərəfindən hazırlanan məhsulların qablaşdırılması üçün Qubada yeni paketləmə fabriki fəaliyyətə başlayacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ABAD”ın sifarişi ilə şəhərin mərkəzində əvvəllər kinoteatr kimi fəaliyyət göstərmiş ikimərtəbəli bina tamamilə yenidən qurularaq əsaslı təmir olunur. Tikinti işləri yekunlaşdıqdan sonra binada yaradılacaq paketləmə fabrikində müxtəlif formalı məhsul qabları, etiketlər hazırlamaq üçün müasir avadanlıqlar quraşdırılacaq. Fabrikin istehsal sahəsi 650 kvadratmetr olacaq.