CƏMİYYƏT


Silahlı narkotik alverçiləri tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər də məhkum olunmuş paytaxt sakini Asim Hüseynov daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11,5 qram heroin, habelə idarə etdiyi “Daewoo” markalı avtomobildən “Makarov” markalı tapança, bir patron darağı və səkkiz patron, həmçinin bir bıçaq və taxta dəyənək aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin əşyaların ona məxsus olduğunu etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır