CƏMİYYƏT


Bu il 142 - Çağrı mərkəzi tərəfindən 127,2 mindən çox müraciət cavablandırılıb

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 127 min 253 müraciət daxil olub. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar əsasən əmək qanunvericiliyi və onun tətbiqi, sosial təminat növləri, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, mənzil və avtomobillə təminat, sosial sığorta və fərdi uçotun təşkili, elektron xidmətlərdən istifadə və s. məsələlərlə əlaqədar müraciət ediblər.