CƏMİYYƏT


Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

İyulun 12-də Daxili İşlər Nazirliyində 2019-cu ilin 6 ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov   hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 12411 cinayətin qeydə alındığını, bu cinayətlərin 88,5 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini qeyd edib.