CƏMİYYƏT


IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb

İyulun 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə başlayıb. AZƏRTAC xəbər verir ki, IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil olunub.