CƏMİYYƏT


Üç ildir axtarışda olan Quba sakini Qazaxıstanda saxlanılıb

Törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan Quba rayon sakini, 31 yaşlı Sərxan Əkbərov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə S.Əkbərov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutulub.