CƏMİYYƏT


Şamaxıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ötən axşam saat 19:30 radələrində Şamaxıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kürdəmir sakini Ruslan Şükürovun idarə etdiyi VAZ 21015 markalı avtomobillə Şamaxı sakini Hücrət Kərimovun idarə etdiyi QAZ 3110 markalı avtomaşın toqquşub. Nəticədə 1 nəfər QAZ 3110 və 5 nəfər VAZ 21015-də olmaqla 6 nəfər müxtəlif növ ağır bədən xəsarətləri alıb.  Xəsarət alanlar Şamaxı sakini 68 yaşlı Hücrət Kərimov və Kürdəmir sakinləri Ruslan Şükürov, 22 yaşlı Saleh Şükürov, 23 yaşlı Elməddin Qəhrəmanov, 22 yaşlı Qabil Səfərov və 33 yaşlı Elvin Mürsəlovdur.