CƏMİYYƏT


Salyanın 90 yaşlı su qülləsi REPORTAJ

Salyan deyəndə ilk yada düşən Şirvan Milli Parkı, ceyran, Kür çayı, balıq olur. Salyana tez-tez yolu düşənlər bu rayonu həm də Heydər Əliyev küçəsinin sonundakı məşhur su qülləsinə görə tanıyırlar. Vaxtilə şəhərin böyük hissəsini su ilə təmin edən qüllə indi sanki qonaqlara mayak rolunu oynayır. AZƏRTAC xəbər verir ki, su qülləsi 25-30 kilometr məsafədən göründüyünə görə həm də Salyanın emblemi sayılır.