CƏMİYYƏT


Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub 34 manatını aldılar

Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı törədilən quldurluq hadisəsinin üstü polis əməkdaşlarının peşəkarlığı sayəsində qısa zamanda açılıb və cinayəti törədən şəxslərin saxlanılaraq istintaqa təqdim edilib. Belə ki, hadisə zamanı Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16  bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslər canını qurtarmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır