CƏMİYYƏT


Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır

Hər il həmkarlar təşkilatlarının xətti ilə 100 mindən çox vətəndaşımız öz ailəsi ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Bu vətəndaşlar xidmət haqqının cəmi 15 faizini ödəməklə həm Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansındakı, həm də özəl istirahət mərkəzlərində, sanatoriyalarda yüksək səviyyədə dincəlir. Bundan başqa, il ərzində 8 min azyaşlının da uşaq istirahət mərkəzlərində dincəlməsinə şərait yaradılır. Gələcəkdə istirahət edənlərin sayını daha da artırmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirilir. Yüksək dövlət qayğısı nəticəsində AHİK-in balansındakı bütün istirahət mərkəzləri yenidən qurulub, istirahət üçün hər bir şərait yaradılıb.