CƏMİYYƏT


Balakəndə meşəlik ərazidə narkotik plantasiyası əkən dəstə saxlanılıb

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır