CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edib. Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.