CƏMİYYƏT


İran gəmisinin batmasına ilkin səbəb kimi ağır yük və fırtınalı hava şəraiti göstərilir

İyulun 26-da saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­ib. Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyevin sözlərinə görə, gəminin batmasına ilkin səbəb kimi ağır yük və fırtınalı hava şəraiti göstərilir. Heyət üzvləri havanın bir anda stabilləşməsindən istifadə edərək çox qısa vaxt ərzində xilasetmə əməliyyatını uğurla həyata keçiriblər

Qeyd edək ki, heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır. Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır