CƏMİYYƏT


Cəlilabad sakini narkotikə görə İranda girov qoyulub

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib və onlardan ümumilikdə bir kiloqrama yaxın heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon sakini Etibar Məmmədov daxil olan məlumat əsasında yaşadığı Ə.Cavad küçəsində saxlanılıb. Onun evinə baxış zamanı su borusunun içərisində gizlətdiyi 304,210 qram heroin aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır