CƏMİYYƏT


Bu il Bakı şəhəri üzrə baş verən yol qəzalarında 77 nəfər həlak olub

2019-cu ilin 6 ayı ərzində Bakı şəhəri üzrə 244 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 77 nəfər həlak olub. 216 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə 25 sayda hadisənin azalması nəticəsində 40 ölüm faktının sayı aşağı düşüb, eləcə də 23 xəsarət sayı azalıb. Bunu AZƏRTAC-a müsahibəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.