CƏMİYYƏT


Beynəlxalq tədbirlər zamanı təhlükəsizlik yüksək səviyyədə təmin olunub

İyulun 20-dən 28-dək gücləndirilmiş iş rejimində çalışan daxili işlər orqanlarının əməkdaşları tərəfindən bu müddət ərzində paytaxtımızda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda velosiped yarışları və "Jara" musiqi festivalında təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Xüsusilə qeyd etmək lazımdır ki, xidmətə cəlb edilmiş yol patrul xidmətinin əməkdaşları Olimpiya Festivalı zamanı idmançıları, nümayəndə heyətlərini daşıyan 136 ədəd avtobusun tədbir yerlərinə, həmçinin təyin edilmiş ərazilərə təhlükəsiz çatması üçün fasiləsiz xidmət aparıb. Həmçinin idmançıların və qonaqların qarşılanması, yola salınması prosesində yol polisləri 24 saat fəaliyyət göstəriblər.